Ən yüksək sürətlədir (100 Mbit). Bu sürətlə siz digər abunəçilərdən fərqli olaraq internetdən maksimum yararlanacaqsınız. Yüksək həcmli videoları donmadan izləyərək keyfiyyətdən zövq alacaqsınız. Lakin istəsəniz, daha münasib qiymətə orta sürətli (1-7 Mbit) tariflərimiz də mövcuddur.
Hər ikisi də mümkündür:
Əgər nömrəniz köhnədirsə, yəni aldığınız müddətdən ən azı 3 ay keçibsə, nömrənizdə Xüsusi Tarif aktiv edə bilərik. Əgər yaxın zamanda dublikat çıxarılıbsa və ya öz adınızdan başqa şəxsin adına və ya başqa şəxsin adından öz adınıza keçirmisinizsə, bu müddətdən də 3 ay keçməsini gözləyib daha sonra müraciət edin, nömrənizdə Xüsusi Tarif aktiv edilsin.
Xüsusi Tarifdə olan yeni nömrə də əldə edə bilərsiniz. Nömrə sizin adınızda aktiv edilir. (Azercell-in 010 prefiksində olan və Bakcell-in 055 prefiksində olan sadə nömrələrdir, qiymət 25 AZN).
Xeyr, vacib deyil. Amma istəyənlər üçün VÖEN-lə aktiv edilən Xüsusi Tariflər də mövcuddur.
Xeyr. Nömrə kimin adındadırsa, eyni adda da qalır. Bunu kod və ya mobil tətbiq vasitəsilə asanlıqla yoxlaya da bilərsiniz.
Xeyr. Əksər tariflər daimi istifadə üçündür. Cədvəldə “daimi” yazılıbsa limitsiz müddətdə, “1 il” yazılıbsa 1 ildən sonra tarifi yenə istifadə edə bilirsiniz, lakin verilən dəqiqələrdə və ya meqabaytlarda azalma olur. Təkrar müraciət edərək daimi və azalmayan tariflərə keçid edə bilirsiniz.
Bəli, mümkündür. Həm telefonlarınıza, həm də kompüterlərinizə internet paylaşaraq rahat şəkildə sürətli internetdən istifadə edə bilərsiniz.
Bəli. Xüsusi Tarifə keçdikdə, hazırda işlətdiyiniz tarifdən çıxırsınız. Bundan sonra sadəcə yeni keçdiyiniz tarifin ödənişini ödəyirsiniz.
Bəli. Tarifə keçid 25 AZN təşkil edir. Tarifə keçid ödənişi 1 dəfə ödənilir. Daha sonra isə seçdiyiniz tarifə uyğun olaraq nömrənizin balansını artırırsınız və dəqiqələr, meqabaytlar avtomatik şəkildə verilir. Tətbiq üzərindən də dəqiqələr və meqabaytları izləyə bilərsiniz.
Siz hər ay az məbləğ ödəyərək daha çox dəqiqə və meqabayt əldə edib, pulunuza qənaət etmiş olursunuz. Operatorunuz isə daimi müştəri əldə etmiş olur. Bu həm müştəri, həm də operator üçün sərfəlidir.
Bəli, əksər tariflərdə mobil tətbiq üzərindən asanlıqla dəqiqələri meqabyatlara və ya meqabaytları dəqiqələrə çevirə bilərsiniz.
Bəli. Hər bir tarifdə olduğu kimi bu tarifləri də tətbiq üzərindən və ya kod yazaraq dəqiqə və meqabaytlara nəzarət edə bilərsiniz.
Hazırki operatorunuzun verdiyi Xüsusi Tariflərdən yox, qarşı operatorun verdiyi Xüsusi Tariflərdən yararlana bilərsiniz.
Məsələn:
Bu halda nömrənizin rəqəmləri və sahibi dəyişmir. Öz adınızda da qalır, şirkət adına keçmir. Daha öncə sizə zəng edəndə hansı rəqəmləri yığıb zəng edirdilərsə, yenə eyni rəqəmləri yığıb zəng edəcəklər. Yəni dəyişən bir şey olmayacaq, sadəcə tarifiniz dəyişir.
Nömrə vəsiqəyə bağlı olduğu üçün istənilən operatorun tarifindən istifadə edə bilərsiniz. Daşınma rəsmi əməliyyatdır və daşınan nömrələr xüsusi sayıldığından daha az məbləğə daha çox bonus qazanır. İstəsəniz 3 ay sonra daşınmanı ləğv edib sizi öz operatorunuza geri qaytararaq da Xüsusi Tarif verə bilərik.
Xeyr. Bu əməliyyatdan sonra minimum 90 gün keçməlidir.
Adətən 3–10 iş günü ərzində. Bu müddətdə nömrədə borc olmamalıdır. Kredit götürsəniz keçid müddəti uzana bilər.
Bəli, amma ilk 3 ay mütləq daşınma olmalıdır. 3 aydan sonra daşınmanı ləğv edib sizi öz operatorunuza geri qaytararaq Xüsusi Tarifi verə bilərik.
Bəli. Nərimanov və NZS-də ofislərimiz fəaliyyət göstərir. Gəlmədən öncə WhatsApp ilə vaxt təyin edin, randevu götürmədən yaxınlaşan müştəri həmin gün qəbul edilməyə bilər. Ofislər həftə içi 10:00–18:00 kimi işləyir. Yaxınlaşa bilməyən müştərilərlə zəngli danışıq aparılır və qeydiyyata onlayn alınır.
Bəli. Çox asanlıqla və ödənişsiz şəkildə tarifdən çıxa bilərsiniz.
Bəli. Bütün tariflər rəsmi operatorlar (Azercell, Bakcell, Nar) üzərindən işləyir. Siz sadəcə xüsusi müştəri statusu ilə daha sərfəli şərtlər əldə edirsiniz.
Bəli. Sadəcə nömrə sahibinin icazəsi ilə müraciət etmək lazımdır.
Bəli, fakturalı olan tariflər borc yazır. Əgər tarifiniz fakturalıdırsa, çalışın hər ay balansı artırın. Əks halda mənfiyə gedərək sizə dəqiqə və meqabaytlar verilir. Daha sonra balansınızı artıraraq borcu ödəməli olursunuz. Əgər hər ay balansı artırırsınızsa, sizin üçün tarifin fakturalı olması problem yaratmır, əksinə daha çox imkan verir. Yox, əgər ara-sıra balans artırırsınızsa, fakturalı tarif seçməyin. Qarşısında “Faktura” yazılmayan tarifləri seçin — onlar borc yazmır. İstədiyiniz ay balansı artırıb dəqiqə və meqabaytlardan yararlana bilərsiniz. Balans artırmadığınız ay isə nömrə mənfiyə getmir. Sadəcə balans artırmayanda dəqiqə və meqabaytlarınız olmur.
Xeyr. Ödəniş edilmədikdə Xüsusi Tarif ləğv olunmur, sadəcə dəqiqə və meqabayt əldə etmək üçün balans artırılmalıdır.
Bəli. Hər bir Xüsusi Tarifdə kredit əldə etmək mümkündür. Fakturalı Xüsusi Tariflərdə isə üstünlük daha çoxdur, çünki kredit limiti 100 AZN-ə qədər artırıla bilər.
Əsasən 30 gün hesablanır. Bu gün ödədinizsə, qarşınızdakı 30 gün boyunca tarifdən istifadə edirsiniz. Əgər fakturalı olan tarif seçmisinizsə, 25-dən 25-nə və ya 5-dən 5-nə olaraq hesablanır.
Mütləq gözləməyə ehtiyac yoxdur. Keçid 3–10 gün çəkə bildiyi üçün hazırkı tarifinizin bitməsinə 10 gün qalmış müraciət etmək daha uyğundur.
Nömrəniz vəsiqənizə bağlıdır. İstədiyiniz operatorun tarifini seçməkdə azadsınız. Nömrəniz hansı şəbəkəyə keçsə, həmin operator sizə tam xidmət göstərir. Yəni nömrənizin bütün məsuliyyətini operatorunuz daşıyır. Nömrəni itirsəniz, qırılsa yaxınlaşıb təkrar asanlıqla əldə edə bilirsiniz. Qısacası nömrə heç bir zərər görmür. Üstəlik, geri öz operatorunuza qayıtdıqda da xüsusi müştəri statusunuz olur və daha çox üstünlüklərdən yararlanırsınız.
Bəli. Keçid müddəti 3-10 gün çəksə də, siz bu müddət ərzində cari şəbəkənizdən istifadə edirsiniz. Xüsusi Tarif nömrənizdə aktivləşəndən sonra balansı artırıb Xüsusi Tarifin verdiyi dəqiqə və meqabaytları əldə edirsiniz.
Bəli. Nömrəniz yeni simkartda seçdiyiniz tarifdə aktivləşdirilib sizə göndərilir. Çatdırılma ödənişsizdir. Bakıda yaşayırsınızsa, çatdırılma kuryer vasitəsilə olunur və ya siz yaxınlaşıb əldə edirsiniz. Bölgələrdə yaşayırsınızsa, poçtla göndəririk. Yeni simkarta şəbəkə gəldikdən sonra köhnə simkartınızda şəbəkə itir. Yeni simkartı taxıb, balansı artıraraq sürətli internet və bol dəqiqədən yararlana bilərsiniz.