Tarif haqqında


Tez-tez verilən suallar

Xüsusi Tariflərin sürəti necədir?

Ən yüksək sürətlədir (100 Mbit). Bu sürətlə siz digər abunəçilərdən fərqli olaraq internetdən maksimum yararlanacaqsınız. Yüksək həcmli videoları donmadan izləyərək keyfiyyətdən zövq alacaqsınız. Lakin istəsəniz, daha münasib qiymətə orta sürətli (1-7 Mbit) tariflərimiz də mövcuddur.

Xüsusi Tarifi öz nömrəmdə aktiv edə bilirəm, yoxsa sizdən bu tarifdə olan yeni nömrə almalıyam?

Hər ikisi də mümkündür:
Əgər nömrəniz köhnədirsə, yəni aldığınız müddətdən ən azı 3 ay keçibsə, nömrənizdə Xüsusi Tarif aktiv edə bilərik. Əgər yaxın zamanda dublikat çıxarılıbsa və ya öz adınızdan başqa şəxsin adına və ya başqa şəxsin adından öz adınıza keçirmisinizsə, bu müddətdən də 3 ay keçməsini gözləyib daha sonra müraciət edin, nömrənizdə Xüsusi Tarif aktiv edilsin.
Xüsusi Tarifdə olan yeni nömrə də əldə edə bilərsiniz. Nömrə sizin adınızda aktiv edilir. (Azercell-in 010 prefiksində olan və Bakcell-in 055 prefiksində olan sadə nömrələrdir, qiymət 25 AZN).

Xüsusi Tarifə keçmək üçün VÖEN olmalıdır?

Xeyr, vacib deyil. Amma istəyənlər üçün VÖEN-lə aktiv edilən Xüsusi Tariflər də mövcuddur.

Xüsusi Tarifə keçəndə nömrə şirkət adına keçir?

Xeyr. Nömrə kimin adındadırsa, eyni adda da qalır. Bunu kod və ya mobil tətbiq vasitəsilə asanlıqla yoxlaya da bilərsiniz.

Tariflər bir neçə aydan sonra ləğv oluna bilərmi?

Xeyr. Əksər tariflər daimi istifadə üçündür. Cədvəldə “daimi” yazılıbsa limitsiz müddətdə, “1 il” yazılıbsa 1 ildən sonra tarifi yenə istifadə edə bilirsiniz, lakin verilən dəqiqələrdə və ya meqabaytlarda azalma olur. Təkrar müraciət edərək daimi və azalmayan tariflərə keçid edə bilirsiniz.

İnterneti paylaşmaq mümkündürmü?

Bəli, mümkündür. Həm telefonlarınıza, həm də kompüterlərinizə internet paylaşaraq rahat şəkildə sürətli internetdən istifadə edə bilərsiniz.

Xüsusi Tarifə keçsəm, hazırda işlətdiyim tarifdən çıxmış oluram?

Bəli. Xüsusi Tarifə keçdikdə, hazırda işlətdiyiniz tarifdən çıxırsınız. Bundan sonra sadəcə yeni keçdiyiniz tarifin ödənişini ödəyirsiniz.

Xüsusi Tarifə keçid ödənişlidirmi?

Bəli. Tarifə keçid 25 AZN təşkil edir. Tarifə keçid ödənişi 1 dəfə ödənilir. Daha sonra isə seçdiyiniz tarifə uyğun olaraq nömrənizin balansını artırırsınız və dəqiqələr, meqabaytlar avtomatik şəkildə verilir. Tətbiq üzərindən də dəqiqələr və meqabaytları izləyə bilərsiniz.

Bu tariflərdən istifadə etməyin üstünlüyü nədir?

Siz hər ay az məbləğ ödəyərək daha çox dəqiqə və meqabayt əldə edib, pulunuza qənaət etmiş olursunuz. Operatorunuz isə daimi müştəri əldə etmiş olur. Bu həm müştəri, həm də operator üçün sərfəlidir.

1 Dəqiqələri meqabaytlara və meqabaytları dəqiqələrə dəyişmək olurmu?

Bəli, əksər tariflərdə mobil tətbiq üzərindən asanlıqla dəqiqələri meqabyatlara və ya meqabaytları dəqiqələrə çevirə bilərsiniz.

1 İstifadə etdiyim dəqiqə və meqabaytları izləyə bilirəm?

Bəli. Hər bir tarifdə olduğu kimi bu tarifləri də tətbiq üzərindən və ya kod yazaraq dəqiqə və meqabaytlara nəzarət edə bilərsiniz.

1 Daşınma (nömrə daşınması) nədir?

Hazırki operatorunuzun verdiyi Xüsusi Tariflərdən yox, qarşı operatorun verdiyi Xüsusi Tariflərdən yararlana bilərsiniz.

Məsələn:

  • Azercell şəbəkəsindəsinizsə, Nar və ya Bakcell-in Xüsusi Tarifinə keçə bilərsiniz.
  • Nar şəbəkəsindəsinizsə, Azercell və ya Bakcell-in Xüsusi Tarifinə keçə bilərsiniz.
  • Bakcell şəbəkəsindəsinizsə, Azercell və ya Nar-ın Xüsusi Tarifinə keçə bilərsiniz.

Bu halda nömrənizin rəqəmləri və sahibi dəyişmir. Öz adınızda da qalır, şirkət adına keçmir. Daha öncə sizə zəng edəndə hansı rəqəmləri yığıb zəng edirdilərsə, yenə eyni rəqəmləri yığıb zəng edəcəklər. Yəni dəyişən bir şey olmayacaq, sadəcə tarifiniz dəyişir.
Nömrə vəsiqəyə bağlı olduğu üçün istənilən operatorun tarifindən istifadə edə bilərsiniz. Daşınma rəsmi əməliyyatdır və daşınan nömrələr xüsusi sayıldığından daha az məbləğə daha çox bonus qazanır. İstəsəniz 3 ay sonra daşınmanı ləğv edib sizi öz operatorunuza geri qaytararaq da Xüsusi Tarif verə bilərik.

Nömrəni yeni addan-ada etmişəmsə, Xüsusi Tarifə keçə bilərəm?

Xeyr. Bu əməliyyatdan sonra minimum 90 gün keçməlidir.

Xüsusi Tarif öz nömrəmdə neçə günə aktivləşir?

Adətən 3–10 iş günü ərzində. Bu müddətdə nömrədə borc olmamalıdır. Kredit götürsəniz keçid müddəti uzana bilər.

Daşınma etmədən Xüsusi Tariflərdən istifadə edə bilərəmmi?

Bəli, amma ilk 3 ay mütləq daşınma olmalıdır. 3 aydan sonra daşınmanı ləğv edib sizi öz operatorunuza geri qaytararaq Xüsusi Tarifi verə bilərik.

Ofisiniz varmı?

Bəli. Nərimanov və NZS-də ofislərimiz fəaliyyət göstərir. Gəlmədən öncə WhatsApp ilə vaxt təyin edin, randevu götürmədən yaxınlaşan müştəri həmin gün qəbul edilməyə bilər. Ofislər həftə içi 10:00–18:00 kimi işləyir. Yaxınlaşa bilməyən müştərilərlə zəngli danışıq aparılır və qeydiyyata onlayn alınır.

Tarifdən çıxmaq mümkündürmü?

Bəli. Çox asanlıqla və ödənişsiz şəkildə tarifdən çıxa bilərsiniz.

Bu tariflər rəsmi qaydadadırmı?

Bəli. Bütün tariflər rəsmi operatorlar (Azercell, Bakcell, Nar) üzərindən işləyir. Siz sadəcə xüsusi müştəri statusu ilə daha sərfəli şərtlər əldə edirsiniz.

Nömrə öz adıma deyil. Tarifə keçə bilərəmmi?

Bəli. Sadəcə nömrə sahibinin icazəsi ilə müraciət etmək lazımdır.

Bu tariflər borc yaza bilərmi?

Bəli, fakturalı olan tariflər borc yazır. Əgər tarifiniz fakturalıdırsa, çalışın hər ay balansı artırın. Əks halda mənfiyə gedərək sizə dəqiqə və meqabaytlar verilir. Daha sonra balansınızı artıraraq borcu ödəməli olursunuz. Əgər hər ay balansı artırırsınızsa, sizin üçün tarifin fakturalı olması problem yaratmır, əksinə daha çox imkan verir. Yox, əgər ara-sıra balans artırırsınızsa, fakturalı tarif seçməyin. Qarşısında “Faktura” yazılmayan tarifləri seçin — onlar borc yazmır. İstədiyiniz ay balansı artırıb dəqiqə və meqabaytlardan yararlana bilərsiniz. Balans artırmadığınız ay isə nömrə mənfiyə getmir. Sadəcə balans artırmayanda dəqiqə və meqabaytlarınız olmur.

Tarifin ödənişini etməsəm ləğv olunur?

Xeyr. Ödəniş edilmədikdə Xüsusi Tarif ləğv olunmur, sadəcə dəqiqə və meqabayt əldə etmək üçün balans artırılmalıdır.

Xüsusi Tariflərə keçəndən sonra kredit götürə bilərəm?

Bəli. Hər bir Xüsusi Tarifdə kredit əldə etmək mümkündür. Fakturalı Xüsusi Tariflərdə isə üstünlük daha çoxdur, çünki kredit limiti 100 AZN-ə qədər artırıla bilər.

Xüsusi Tarifin ödənişini etdikdən sonra neçə gün istifadə edə bilərəm?

Əsasən 30 gün hesablanır. Bu gün ödədinizsə, qarşınızdakı 30 gün boyunca tarifdən istifadə edirsiniz. Əgər fakturalı olan tarif seçmisinizsə, 25-dən 25-nə və ya 5-dən 5-nə olaraq hesablanır.

Öz tarifim bitəndən sonra müraciət etməyim yaxşıdırmı?

Mütləq gözləməyə ehtiyac yoxdur. Keçid 3–10 gün çəkə bildiyi üçün hazırkı tarifinizin bitməsinə 10 gün qalmış müraciət etmək daha uyğundur.

Xüsusi Tarifə keçsəm nömrəmə problem olar? Qarantı varmı?

Nömrəniz vəsiqənizə bağlıdır. İstədiyiniz operatorun tarifini seçməkdə azadsınız. Nömrəniz hansı şəbəkəyə keçsə, həmin operator sizə tam xidmət göstərir. Yəni nömrənizin bütün məsuliyyətini operatorunuz daşıyır. Nömrəni itirsəniz, qırılsa yaxınlaşıb təkrar asanlıqla əldə edə bilirsiniz. Qısacası nömrə heç bir zərər görmür. Üstəlik, geri öz operatorunuza qayıtdıqda da xüsusi müştəri statusunuz olur və daha çox üstünlüklərdən yararlanırsınız.

Qeyd etdiniz ki, Xüsusi Tarif 3-10 gün ərzində nömrəmdə aktivləşir. Bu zaman ərzində şəbəkəsiz qalmıram? Nömrəmdən istifadə edə bilirəm?

Bəli. Keçid müddəti 3-10 gün çəksə də, siz bu müddət ərzində cari şəbəkənizdən istifadə edirsiniz. Xüsusi Tarif nömrənizdə aktivləşəndən sonra balansı artırıb Xüsusi Tarifin verdiyi dəqiqə və meqabaytları əldə edirsiniz.

Daşınma edəndə yeni simkart göndərirsiniz?

Bəli. Nömrəniz yeni simkartda seçdiyiniz tarifdə aktivləşdirilib sizə göndərilir. Çatdırılma ödənişsizdir. Bakıda yaşayırsınızsa, çatdırılma kuryer vasitəsilə olunur və ya siz yaxınlaşıb əldə edirsiniz. Bölgələrdə yaşayırsınızsa, poçtla göndəririk. Yeni simkarta şəbəkə gəldikdən sonra köhnə simkartınızda şəbəkə itir. Yeni simkartı taxıb, balansı artıraraq sürətli internet və bol dəqiqədən yararlana bilərsiniz.

İndi qoşul

31
30 günlük
+99410 717 71-72
Əlavə məlumat üçün zəng et
Aktivləşdir
QR kodu oxut və tarifi aktiv etmək üçün bizə yaz

Bu QR kodu oxut