Ən yüksək sürətlədir (100 Mbit/s və üzəri). Yüksək həcmli videoları donmadan izləyərək keyfiyyətdən zövq alacaqsınız.
Bəli, mümkündür. Həm telefonlarınıza, həm də kompüterlərinizə internet paylaşaraq rahat şəkildə istifadə edə bilərsiniz.
Bəli. Seçdiyiniz tarifin balans artırdıqda nömrənizin xətti ay boyu aktiv qalır.
Hər ikisi də mümkündür:
Əgər öz nömrənizdə Xüsusi Tarif əldə etmək istəyirsinizsə: Nömrəniz köhnə nömrə olmalıdır. Yəni aldığınız müddətdən ən azı 3 ay keçibsə, nömrənizdə Xüsusi Tarif aktiv edə bilərik.
Əgər tarifdə olan yeni nömrə əldə etmək istəyirsinizsə: Azercell və Bakcell-in bəzi Xüsusi Tariflərində nömrə sizin öz adınıza aktiv olunub sizə təqdim edilir. Nömrə qiyməti 14-manatdır. Narın Xüsusi Tarifdə olan VİP nömrələri 99 manat. Supergün tarifində olan VİP nömrələr isə 34-manatdan başlayır.
Xeyr, vacib deyil. Amma istəyənlər üçün VÖEN-lə aktiv edilən Xüsusi Tariflər də mövcuddur.
Xeyr. Nömrə kimin adındadırsa, eyni adda da qalır. Bunu kod və ya mobil tətbiq vasitəsilə asanlıqla yoxlaya da bilərsiniz.
Xeyr. Tariflər daimi istifadə üçündür. Tarif ləğv olunduqda yeni müştəri qəbulu dayanır. Tarifə keçmiş olan abunəçilər üçün heç nə deyişmir. Onlar istifadədə qalır.
Bəli. Xüsusi Tarifə keçdikdə, hazırda işlətdiyiniz tarifdən çıxırsınız. Bundan sonra sadəcə yeni keçdiyiniz tarifin ödənişini edirsiz.
Bəli. Tarifə keçid 14 AZN təşkil edir. Tarifə keçid ödənişi 1 dəfə ödənilir. Daha sonra isə seçdiyiniz tarifə uyğun olaraq nömrənizin balansını artırırsınız və dəqiqələr, meqabaytlar avtomatik şəkildə verilir. Tətbiq üzərindən də dəqiqələr və meqabaytları izləyə bilərsiniz.
Siz hər ay az məbləğ ödəyərək daha çox dəqiqə və meqabayt əldə edib, pulunuza qənaət etmiş olursunuz. Operatorunuz isə daimi müştəri əldə etmiş olur. Bu həm müştəri, həm də operator üçün sərfəlidir.
Bəli, bəzi tariflərdə mobil tətbiq üzərindən asanlıqla dəqiqələri meqabyatlara və ya meqabaytları dəqiqələrə çevirə bilərsiniz.
Bəli. Hər bir tarifdə olduğu kimi bu tarifləri də tətbiq üzərindən və ya kod yazaraq dəqiqə və meqabaytlara nəzarət edə bilərsiniz.
Hazırki operatorunuzun verdiyi Xüsusi Tariflərdən yox, qarşı operatorun verdiyi Xüsusi Tariflərdən yararlana bilərsiniz.
Məsələn:
Bu halda nömrənizin rəqəmləri və sahibi dəyişmir. Öz adınızda da qalır, şirkət adına keçmir. Daha öncə sizə zəng edəndə hansı rəqəmləri yığıb zəng edirdilərsə, yenə eyni rəqəmləri yığıb zəng edəcəklər. Sadəcə nömrənizin daxilindəki tarifiniz dəyişir.
Nömrə vəsiqəyə bağlı olduğu üçün istənilən operatorun tarifindən istifadə edə bilərsiniz. Daşınma rəsmi əməliyyatdır və daşınan nömrələr xüsusi sayıldığından daha az məbləğə daha çox bonus qazanır. İstəsəniz 3 ay sonra daşınmanı ləğv edib sizi öz operatorunuza geri qaytararaq da Xüsusi Tarif verə bilərik.
Xeyr. Bu əməliyyatdan sonra minimum 90 gün keçməlidir.
Adətən 3–10 iş günü ərzində.
Xeyr. Hər bir operatorun xüsusi tarifi var lakin operatorlar öz müştərisi üçün deyil qarşı operatorun müştərisini cəlb etmək üçün bu tarifi çıxarıb. Bu bir növ rəqabətdir uzun illərdir mövcuddur. Yalnız daşınma olunduqda Xüsusi Tarifi seçə bilirsiz. Lakin burda bir nüans var narazı qalsaz və ya öz şəbəkənizə qayıtmaq istəsəniz 3 ay sonra daşınmanı ləğv edib sizi öz operatorunuza geri qaytara bilərik. Üsətəli geri qayıtdıqda artıq öz operatorunuzda olan Xüsusi Tarifi seçə bilirsiniz.
Bəli var. Lakin ofis call center olaraq fəaliyyət göstərdiyi üçün ofisə müştəri qəbulu olmur.
Bəli. Çox asanlıqla və ödənişsiz şəkildə tarifdən çıxa bilərsiniz.
Azercell, Bakcell və ya Nar-ın tətbiqində olan tariflər bütün abunəçilər üçün nəzərdə tutulmuş standart tariflərdir. Bizim təqdim etdiyimiz tariflər isə tərəfdaşlıq (B2B) çərçivəsində ayrılmış Xüsusi Tarif paketlərdir. Bu, supermarketdə hamı üçün olan qiymətlə, topdan satış mərkəzindəki xüsusi qiymət arasındakı fərq kimidir. Şirkət bu tarifləri ona görə reklam etmir ki, kütləvi şəkildə hamıya bu qiyməti versə, standart tarifləri heç kim almaz. Biz apardığımız tərəfdaşlıq əsasında Xüsusi Tarifin aktivasiya üçün sistem üzərindən sorğu göndərilir və operator tərəfindən təsdiqlənir. Hər şey tam rəsmidir. Ümumiyyətlə Azərbaycan Respublikasında rəsmi olmayan operator və ya tarif fəaliyyət göstərmir.
Bəli. Sadəcə nömrə sahibinin icazəsi ilə müraciət etmək lazımdır.
Seçilən tarifə görə dəyişir. Cədvəl və ya sayt üzərindən Xüsusi Tarif seçim edərkən tarifin qarşısında yazıya baxın. Əgər “sadə” yazılıbsa hər ay balans artırmasanızda olar. İstədiyiniz zaman balans artırıb qarşıdakı 28 və ya 30 gün boyunca dəqiqə və meqabaytlarınızı raha istifadə edirsiniz. Əgər “fakturalı” yazılıbsa abunə tarif sayılır və hər ay balans artırılmalıdır. Balans artırmaq istəmədikdə müştəri xidmətlərinə yaxınlaşıb fakturanı öncədən dayandırırsınız.
Qeyd: Əgər siz hər ay nömrənizi mütəmadi işlədirsinizsə, bu iki sistem arasında sizin üçün heç bir fərq yoxdur, hər ikisinidə rahatlıqla istifadə edə bilərsiniz. Yox bir ay balans artırıb 1-2 ay balans artırmırsınızsa, bu halda sadəcə qarşısına “sadə” yazılmış tarif seçin.
Xeyr. Ödəniş edilmədikdə Xüsusi Tarif ləğv olunmur. Sadəcə dəqiqə və meqabayt əldə etmək üçün balans artırılmalıdır.
Bəli.
Mütləq gözləməyə ehtiyac yoxdur. Keçid 3–10 gün çəkə bildiyi üçün hazırkı tarifinizin bitməsinə 10 gün qalmış müraciət etmək daha uyğundur.
Bəli. Keçid müddəti 3-10 gün çəksə də, siz bu müddət ərzində cari şəbəkənizdən istifadə edirsiniz. Xüsusi Tarif nömrənizdə aktivləşəndən sonra balansı artırıb Xüsusi Tarifin verdiyi dəqiqə və meqabaytları əldə edirsiniz.
Bəli. Nömrəniz yeni simkartda seçdiyiniz tarifdə aktivləşdirilib sizə göndərilir. Çatdırılma ödənişsizdir. Bakıda yaşayırsınızsa, çatdırılma kuryer vasitəsilə olunur və ya siz yaxınlaşıb əldə edirsiniz. Bölgələrdə yaşayırsınızsa, poçtla göndəririk. Yeni simkarta şəbəkə gəldikdən sonra köhnə simkartınızda şəbəkə itir. Yeni simkartı taxıb, balansı artıraraq sürətli internet və bol dəqiqədən yararlana bilərsiniz.
Nömrəniz vəsiqənizə bağlıdır. İstədiyiniz operatorun tarifini seçməkdə azadsınız. Nömrəniz hansı şəbəkəyə keçsə, həmin operator sizə tam xidmət göstərir. Yəni nömrənizin bütün məsuliyyətini operatorunuz daşıyır. Nömrəni itirsəniz, qırılsa yaxınlaşıb təkrar asanlıqla əldə edə bilirsiniz. Qısacası nömrə heç bir zərər görmür. Üstəlik, geri öz operatorunuza qayıtdıqda da xüsusi müştəri statusunuz olur və daha çox üstünlüklərdən yararlanırsınız.